Ozan vaxtıdır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ozan vaxtıdır

Sarı saça düşüb dən,
Niyə ağlayıram mən.
Göz önünü örtüb çən,
Ömrün xəzan vaxtıdır.

Zülmət yıxmamışdan qalx,
Ürək sıxmamışdan qalx.
Günəş çıxmamışdan qalx,
Artıq əzan vaxtıdır.

Hanı ilham mələyim,
Yox hiyləsi, kələyi.
Indi zalım fələyin,
Düzən pozan vaxtıdır.

Dərd- kədərin xammalı,
Həm dövləti, həm malı.
Səhər-səhər rəmmalım,
Yuxu yozan vaxtıdır.

Ağsaçlı şair hanı,
Yetişib şeir anı.
Oxunsun eşq divanı,
Aşıq, ozan vaxtıdır.
20.02.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 10:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu