Viran oldu binəcə,
Kədər qəmdə sinəcə.
Hər şeyi tərsinəcə,
Yaman yozan həyatım.
Məhəbbətsiz ötməz ki,
Sədaqəti itməz ki.
Söz-söhbəti bitməz ki,
Aşıq, ozan həyatım.
Duyaq gözəl ününü,
Alqışlayaq dününü.
Sənin qara gününü,
Varmı pozan, həyatım.
Köç edər qərib karvan,
Başında durmur sarvan.
Nədən deyil al-əlvan,
Məni üzən həyatım.
Taleyin zopası çox,
Hər zərbəsi acı ox.
Sevdalı gününə çox,
Ağız büzən, həyatım.
Kayıt Tarihi : 22.5.2020 07:56:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!