Uca qadir Allahım,
Dar günümdə pənahım.
Sən mənim qibləgahım,
Sən mənim söz haqqımsan.
Hanı dünə uçağım,
Isti ana qucağı,
Alovlansın ocağım,
Sən mənim köz haqqımsan.
Dostun qızıl camıyam,
Arzusuyam, kamıyam.
Qısqanıram hamıya,
Sən mənim göz haqqımsan.
Bu dağlarda izim yox,
Bulağım, kəhrizim yox.
Başqasına lüzum yox,
Sən mənim öz haqqımsan.
Kayıt Tarihi : 14.7.2023 10:30:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!