Öz bulağım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Öz bulağım

Kədər dövran sürür nədən,
Günlər həsrət hörür nədən.
Yenə də tor görür nədən,
Nəmlənibdir göz bulağım.

Qəzəllərdə gül-rəna var,
Şeirlərdə min məna var.
Ilahidən təmənnam var,
Qurumasın söz bulağım.

Gül-sərgimə siz də baxın,
Təbəssümlər axın-axın.
Yad çayını qoymam yaxın,
Mənə doğma öz bulağım.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 07:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu