Əvvəl-əvvəl özün sakit aparar,
Sanarsan quzudu,qoyundu dünya.
Birdən coşar,elə tufan qoparar,
Görüb bilərsən ki oyundu dünya.
Gah hamını dost və mehriban eylər,
Ömrünü xoş,günün firavan eylər.
Gah da görərsən ki nahaq qan eylər,
Yaşıl paltarını soyundu dünya.
Nəğmə deyər,şənlik edər ellərin,
Daha coşmaz,sakit axar sellərin.
Çiçək açar ağacların,güllərin
Sevin,bu gün sənin toyundu,dünya.
Sənin olsun bu sevgilər,alqışlar.
Qulağımız eşitməsin qarğışlar.
Toqquşdu buludlar,yağdı yağışlar,
Tərtəmiz çimərək yuyundu dünya.
Igidlər tanınar mərd işləriylə,
Qocalar yaşayar vərdişləriylə.
Özünün narahat gərdişləriylə,
Körpə uşaq kimi öyündü dünya.
Yarpaqlanıb yaşıl-yaşıl budaqlar,
Təbəssümlə gülümsəyir dodaqlar.
Dağdan axan gur çeşmələr,bulaqlar
Ən gözəl,ən təmiz suyundu,dünya.
Sevinc deyər işıq saça bilməzsən,
Qismətindən uzaq qaça bilməzsən.
Nə qədər əlləşsən aça bilməzsən,
Başdan ayağadək düyündü dünya.
Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 16:40:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/10/oyundu-dunya-2.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!