Fələk bə`zən acı dilin qənd edər,
Vüsalına çatmaq üçün fənd edər.
Məni vaxtsız bir sevdaya bənd edər,
İçimdəki sərin bulaq qaynayar,
Tale yenə mənlə oyun oynayar.
Nə mən danım bu sevdanı, nə sən dan,
İlahinin yandırdığı oda yan.
Kipriklərdə söküləçək yenə dan,
Qara gözlər məhəbbətə ayna yar,
Tale yenə mənlə oyun oynayar.
Bu sevdanın yox əvvəli,yox sonu,
Kədərlidir,qüssəlidir səs tonu.
Başa düşməz əğyar heç zaman onu,
Ancaq sevən sevdiyini anlayar,
Tale yenə mənlə oyun oynayar.
Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:23:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!