Başım altda qoyub söz balıncını,
Yaramı astaca soydu həsrətin.
Saplayib qəlbimə qəm qılıncını,
Bir anda içimdən oydu həsrətin.
Yolunu gizlicə burdan salıbmış,
Hicranın könlünü ələ alıbmış.
Elə bil neçə il susuz qalıbmış,
Gözümün yaşıyla doydu həsrətin.
O da zalım imiş zəmanə kimi,
Yanıram oduna pərvanə kimi.
Çöllərə salaraq divanə kimi,
Məni nə günlərə qoydu həsrətin.
Kayıt Tarihi : 20.6.2018 07:07:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!