Oyanım, gülüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Oyanım, gülüm

Mən səni itirdim.Tapa bilmərəm,
Arayıb-axtarsam dünyanı,gülüm.
Sən yoxsan,ürəkdən bir də gülmərəm,
Olmayacaq məni duyanım,gülüm.

Bu dünyada görən kimdir ən yazıq,
Çiskinsiz qarıyan duman,çən yazıq.
Özün söylə,axı necə mən yazıq,
Bu həsrətə dözüm,dayanım,gülüm.

Kimsə verməz daha mənə təsəlli,
Sinəm olub yanar vülkan məsəlli.
Hamı tutub bu dünyadan beşəlli.
Bir sənsən həyatdan doyanım,gülüm.

Tək özümü qarsır könül yanğısı,
Səslənir bax “Bayatı-Şur”çalğısı.
Aparanda məni həsrət ağrısı,
Izn ver.nuruna boyanım,gülüm.

Acı kədər bəxş eylədin Sevincə,
Bilməyirsən əzab çəkirəm necə.
Əgər girsən sən yuxuma bu gecə,
Çətin bir də səhər oyanım.gülüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 20:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu