Oyandım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Oyandım

Oyandım bu səhər,
Içimdə apacı bir qəhər.
Nə uda bilirəm qəhəri,
Nə də seyr edirəm şəhəri.

Yağışın soyuğu
Gözümdən süzülür.
Şeirlər birbəbir
Vərəqə düzülür.

Intizar baxışlar
Yollardan yığışmır.
Hərfdən naxışlar
Dəftərə sığışmır.

Könlümün laylası
Daha xoş səslənmir.
Qırılıb aynası,
Bəzənib süslənmir.

Qaldıra bilmirəm
Mən bunca ağırı.
Kim möhtac edibdir
Zalıma fağırı.

Çor dəydi kalıma,
Ümidi bağlama.
Bax da yan halıma,
Qəhərlən.Ağlama

Sevinc Arzulu
Kayıt Tarihi : 1.5.2022 15:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu