Oyan Bozqurd.! Şiiri - Afiq Ağdamlı

Afiq Ağdamlı
1

ŞİİR


0

TAKİPÇİ

Oyan Bozqurd.!

Sənin ki, yurd yerin Tanrıdağdadır,
Varlığın, mənliyin o torpaqdadır..
Qürurun özündən çox uzaqdadır,
Oyan, Bozqurd! Çıx get şəhər bağından..!

Tərk et qəlbindəki qara qorxunu,
Tapşırma yadlara Qutlu Ruhunu,
Qov artıq gözündən vaxtsız yuxunu,
Oyan, Bozqurd! Çıx get şəhər bağından..!

Bezmisən həyatın yoxuşlarından,
Köləlik oxunur baxışlarından..
Utan o tökdüyün göz yaşlarından,
Oyan, Bozqurd! Çıx get şəhər bağından..!

Sən yurddan gedəli yurd bölük-bölük,
Uca bir dağ ikən susuz bir çölük..
Türkün törəsində yoxdur köləlik,
Oyan, Bozqurd! Çıx get şəhər bağından..!

Tülkü, çaqqal dolu hər yanın sənin,
Onlarla savaşdır hər anın sənin..
Yoluna həsrətdir Turanın sənin,
Oyan, Bozqurd! Çıx get şəhər bağından..!

Dünya sənə düşmən, barışmaz, oyan!
Kimsə dərdlərini soruşmaz, oyan!
Yenilmək Türklərə yaraşmaz, oyan!
Oyan, Bozqurd! Çıx get şəhər bağından..!

A. Ağdamlı (Qarabağsız Qarabağlı)

Afiq Ağdamlı
Kayıt Tarihi : 12.8.2017 10:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
ÖNCEKİ ŞİİR
SONRAKİ ŞİİR
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Afiq Ağdamlı