Görüşümüz toy-düyündü,
Qulağımda son ünündü.
Bu gün sənin ad günündü,
Oyan Ata, oyan Ata.
Həsrətəm bircə zənginə,
Düşdün fələyin cənginə.
Sən də günəşin rənginə,
Boyan Ata, boyan Ata.
Boylan soyuq məzarından,
Danış hali-güzarından.
Bu dünyanın əzabından,
Doyan Ata, doyan Ata.
Kədərimi böləcəyəm,
Göz yaşımı siləcəyəm.
Görüşünə gələcəyəm,
Dayan Ata, dayan Ata.
Susuz gül tək soluxmuşam,
Tək qalıban karıxmışam.
Mənim üçün darıxmısan,
Əyan ata,əyan Ata.
03.04.2019
Kayıt Tarihi : 3.4.2019 16:46:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!