Oy Sevinc Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Oy Sevinc

Ayrılıqlar büzülsünlər yan-yana,
Pis adamlar üzülsünlər yan-yana.
Çiçək kimi düzülsünlər yan-yana,
Arzularım versin daim boy Sevinc.

Biz taleyi sanmarıq ki oyuncaq,
Bir gəzərik çəmənliklər boyunca.
Qoyma yatsın murad atın doyunca,
Oyat Sevinc,oyan Sevinc,oy Sevinc.

Bilirsən yüz həlli vardır tənliyin,
Daim uca olsun sənin mənliyin.
Ürəyisən çal-çağırlı şənliyin,
Görüş yerin olsun daim toy Sevinc.
31.05.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2019 19:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu