Qulağımda dostun zəngi.Duyanım...
Ürəyimdə coşqun Cəngi oyanıb.
Sanarsan ki Ərəbzəngi dayanıb,
Ayrılığın vüsalıma yol vermir.
Ala gözü daim nəmdən tutulub,
Bəxti qara, közü kəmdən tutulub.
Hey çəkdiyi qüssə-qəmdən tutulub,
Ümidimin ayaqları.Yerimir,
Sənsiz inan, ruhsuz qalıb bədənim,
Düşmənimin dediyini edənim.
Bir sözümdən üz çevirib gedənim,
Oxuyacaq görən sonda şerimi?
Kayıt Tarihi : 19.3.2020 15:25:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!