Oxunum Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Oxunum

Ah, saçlarım necə sarı,
Almıram heç vecə xarı.
Günün biri, gecə yarı,
Qapı döysə şər, yox olum.

De.kimlərdən kəsirsən sən.
Hekayəsən, nəsirsən sən.
Həyəcandan əsirsən sən,
Gəl ay mənim tər qoxulum.

Sevgini ürək apardı,
Xoş arzu, dilək apardı.
Azını külək apardı,
Qanadını gər, çoxunum.

Günəş bəxş edən şüamsan,
Allahıma xoş duamsan.
Sən mənim tale puamsan,
Fırlanmasın pər,toxunum,

Nə qaranlıq keçmişim var,
Nə də ki pis vərdişim var.
Quru yerdə nə işim var
Xalı-xalça sər, oxunum.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2022 08:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu