Həyat mənimdir əgər, oxumuram əl çəkin.
Eyləməyin dəngəsər, oxumuram əl çəkin.
Gərçi bu aləm bütün oxutmag istəyir bəs,
Galmasın tüm aləmdə vətənə xeyirsiz kəs,
Elm üçün vəsaitlər büsbütün gedir əbəs.
Amma tüm ümmət söylər, oxumuram əl çəkin.
Eyləməyin dəngəsər, oxumuram əl çəkin.
Uşag deyiləm ki mən səhv anlayım hər şeyi,
Olsa da on beş yaşım bilirəm mən hər şeyi,
Yoxdur pisə mayilim gözüm görməz boş şeyi,
Oturmuram mən bekar, Oxumuram əl çəkin.
Telefon meşğul edər boş vaxtımı, əl çəkin.
Goysanız telefonum galsa mənim cibimdə,
Kompyuterim önümdə, masanın üzerində,
Yoxdur mənimçün hikmət sizin boş sözünüzdə,
Yox telefondan zərər, oxumuram əl çəkin.
Eyləməyin dəngəsər, oxumuram əl çəkin.
Çoxdur mənim biliyim sağ olsun zəmanəmiz,
Gərəksiz bilgilərlə cümlə dolu beynimiz,
Məktəb oxumağaysa yoxdur heç istəyimiz,
Getməsin ömrüm hədər, oxumuram əl çəkin.
Eyləməyin dəngəsər, oxumuram əl çəkin.
Vardır yazıb oxumam artığına nə gərək,
İnternet var yanımda, öyrənməyə nə gərək?
Amma sistemdən başga bizə bəhanə gərək.
Bu öyrədilən elmlər, gərəksizdir əl çəkin.
Əlimdə bəhanələr tükənməzdir, əl çəkin.
Şair Ələkbər Sabir söylər ki bu məktəblər,
Həm küfr, həm insanı işdən avarə eylər.
Amma gördüyümüz iş əslən yatmağa bənzər.
Yani bekarə işlər hamsı mənim, əl çəkin.
Eyləməyin dəngəsər, oxumuram əl çəkin.
Göstərəcəkdir illər behrəsini, əl çəkin.
Kef’ə zərərdir zərər, oxumuram əl çəkin!
Kayıt Tarihi : 18.7.2024 21:38:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Yaklaşık 114 yıl önce büyük usta Mirze Elekber Sabir'in yazmış olduğu ve dönemini sorunu olan okutmamayı ele aldığı şiirle okumayı dine ters bir şey sanan halkı birinci bakışıyla eleştirmiştir. Ben de dönemimizin sorunu olan okumamayı ele aldığım şiirimi yazdım. Üslup üstadımızındır. Okutmamak sorunu çözüldü kaldı okumamak sorunu. Şiir benim de Mirze Elekber Sabir'in de Azerbaycan Türk'ü olmamız sebebiyle Azerbaycan Türkçesiyle yazılmıştır.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!