Fikrim sığışarmı sözə,bilmirəm,
Hicrana,həsrətə dözə bilmirəm,
Dolaşıq kələfi çözə bilmirəm,
İlahi,Sən mənə bir ipücü ver.
O uca göylərdən mələk- ruh baxır,
Həsrəti qəlbimi yandırıb yaxır.
Bilıəcəm səbəbin mən əvvəl-axır,
Daha nə olacaq.bir ip ucu ver.
Fələk həsrət ilə məni süzməsin,
Ayrılıq boynuma daş-qaş düzməsin.
Yazdığım şeirə ağız büzməsin,
Məni başa düşən bir oxucu ver.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:11:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!