Nəmlənmiş şəklini əlimlə silləm,
Daha da ucalar qalxdığım pilləm.
“Səni qısqanmaram”- desən də billəm,
Könlünə qısqanclıq oxu vurulub.
Çəkib ayrılığın qüssə qəlyanın,
Başıma dar etdin geniş dünyanı.
Deyən qarışdırdın yenə röyanı,
Masmavi gözündə yuxu durulub.
Ah, ucsuz-bucaqsız bir fəzamı göy,
Ayrılıq mənimçün sərt cəzamı? Öy.
Sən də gəl, ərk edib darvazamı döy,
Eh, bizim tərəfə çoxu burulub.
Kayıt Tarihi : 17.10.2021 16:49:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!