Oxu, Qedir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Oxu, Qedir

Ilahidən gələn səsə nə deyim,
Xoş avaza,xoş nəfəsə nə deyim.
Qəm,kədərin önün kəsə,nə deyim.
Dərd-möhnətin yollarını bağlaram,
Oxu Qədir,oxu Qədir ağlaram.

Yada düşər Qarabağ bülbülləri,
Görünməz olubdur mavi tülləri.
Daha açmaz inan,sənsiz gülləri,
Səsin ilə ürəyimi dağlaram.
Oxu Qədir,oxu Qədir ağlaram.

Qaçqın düşdün elin,elatın kimi,
Dayanıbdır zaman saatım kimi.
Şəhid verdik Çingiz,Salatın kimi.
Leysan yağar,çaylar kimi çağlaram,
Oxu Qədir,oxu Qədir ağlaram.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu