Oxu, Mehebbet Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Oxu, Mehebbet

Qəmli günlərimin pasibanısan,
Dünyanın nəğməkar bir insanısan.
Qəlbimin ən zərif, kövrək anısan,
Oxu, məhəbbətlə,oxu, Məhəbbət.

Oxusan, dayanmaz yaşım gözümdə.
Tükənib taqətim, yoxdur dözüm də.
Əriyirəm gilə-gilə özüm də,
Qəlbin simlərinə toxun, Məhəbbət.

Yarəbbim, bu sevgi hardan gəlibdir,
Aşiqdən gəlibdir,yardan gəlibdir.
Kamandan gəlibdir, tardan gəlibdir,
Nəğmə çələngini toxu, Məhəbbət.

“Laçınım”la hey Laçını gəzərəm,
Qartal olub göylərində süzərəm.
Musiqinlə hər bir dərdə dözərəm.
Ürəklərdə həzin oxun, Məhəbbət.

“Sən dəniz olaydın”, olmuşam indi,
Bulud tək boşalıb dolmuşam indi.
Həsrətdən saralıb solmuşam indi,
Səsin oldu mənə yaxın, Məhəbbət.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2023 08:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!