Ox kimi batır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ox kimi batır

Fərəhin dadına yetən təbəssüm,
Sevincdən bülbül tək ötən təbəssüm.
Sənin gözlərindən itən təbəssüm,
Mənim gözlərimə ox kimi batır.

Bu qədər zülm etmək heç rəvadırmı,
Nə xeyrin görmüşəm, nə savabını.
Elə söyləyirsən hə cavabını,
Vallah, qulağıma yox kimi çatır.

Bilirəm, ömrünü gödəltmişəm ki,
Sevginin əvəzin ödətmişəm ki.
O qədər söz-plov yedirtmişəm ki,
Sevdalım gecələr tox kimi yatır.
17.05.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 29.5.2019 11:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu