Ovutmayır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ovutmayır

Gedirəm ayaqyalın,
Dağlar, salamat qalın.
Başımdakı xəyalın
Məni heç ovutmayır.

Əkdim sevgi toxumu,
Su verəni yoxumu?
Ətirimi, qoxumu,
Gül-çiçək unutmayır.

Qaya kimi sərt dostum,
Görməyəsən dərd, dostum.
Qəlbi gözəl, mərd dostum,
Məni ucuz tutmayır.

Xaraba viranələr,
Içində divanələr.
Mahnılar, təranələr,
Dərdimi uyutmayır.

Gəldin sən ha, xatirə,
Gördün çən ha, xatirə.
Yalqız,tənha xatirən,
Vüsalı ayıltmayır.

Sevinc Arzulu
Kayıt Tarihi : 12.3.2020 14:00:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu