Ovuduram, dostum Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ovuduram, dostum

Dərdi sənlik edər zaman.
Ömrü tənlik edər zaman.
Yaman şənlik edər zaman.
Qəmi quruduram,dostum.

Duran qəlbi yar, məqamda,
Orda nələr var məqamda.
Çətin gündə, dar məqamda
Sənə tutunuram, dostum.

Sənsiz yoxdur bir həyanım,
Anlayanım və duyanım.
Yadıma düşsən dünyanı,
Sanki unuduram, dostum.

Arzular qəlbdə boy atır,
Nə təzəsi,nə boyatı.
Söylə, bu zalım həyatı,
Ucuzmu tuturam, dostam.

Yağdırmam köz yağışımı,
Bilən yoxdur söz yaşımı.
Axıtmayım göz yaşını,
Qəhəri uduram, dostum.

Uduzduz eşq oyununda,
Ya bəxt deyib ovunun da.
Vüsalın isti qoynunda,
Dərdi uyuduram dostum.

Nə işim var məlallarla,
Humayla, Cəlallarla.
Isti-soyuq xəyallarla,
Özmü ovuduram, dostum.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.1.2022 11:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu