Demə mənə zalım ovçu,
Mən ki ovuma qıymadım.
Görmürsənmi ay qoruqçu,
Onu yaralı qoymadım.
Bilirəm ki özgə, yaddım,
Yaxınlaşdım addım-addım.
Mən baxdıqca maddım-maddım,
Gözəllikdən heç doymadım.
Günəş çıxmadı vaxtında,
Həsrət oturdu taxtında.
Günahkaram mən.Vaxtında
Hicrin gözünü oymadım.
Kayıt Tarihi : 11.9.2019 10:14:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!