Ötür meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ötür meni

Mənə varlığı yetməyir,
Ürəyimdən yar getməyir.
Bilirsən, buhuş etməyir.
Hər rayihə,ətir məni.

Göy buludlar,baxın, gedir,
Xatirələr axın edir.
Sənə yaman yaxın edir,
Yazdığım hər sətir məni.

Sinə gərdim sazaqlara,
Düşməm tələ-duzaqlara.
Yaman uçdum uzaqlara,
Özüməcə gətir məni.

Dərdə gözümü süzmüşəm,
Qəmə gül-çiçək düzmüşəm.
Yerdən əlimi üzmüşəm,
Səmayaca götür məni.

Oxuyurlar asta, pəsdən,
Diksinirəm gələn səsdən.
Müxənnətdən, həm nakəsdən,
Yarəb, özün ötür məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.5.2022 08:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu