Qara gözü yaşla dolub,
Özü mənnən yaşıd olub.
Eşqi on üç yaşa dolub,
Sevgisi yetkinim mənim.
Dərdi-qəmi çox olmuşan,
Pis gözlərə ox olmuşan,
Nədən indi yox olmusan,
Hardasan itkinim mənim.
Birdəfəlik gedər oldun,
Ruhsuz qalan bədən oldun,
Dediyini edən oldun,
Sözləri ötkünüm mənim.
Kayıt Tarihi : 29.6.2018 10:18:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!