Öteri sevgi deyilmiş Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Öteri sevgi deyilmiş

Artıq külə dönmüş odam,ocağam,
Qəlbimi nə ilə ovudacağam.
Sanırdım hər şeyi unudacağam,
Bu sevgi ötəri sevgi deyilmiş.

Yenə də ağrıyır könlümün başı,
Yenə qapqaradır üzüyün qaşı.
Yenə qurumayır gözümün yaşı,
Bu sevgi ötəri sevgi deyilmiş.

Əzizim,bir dəfə olmadın mehman,
Pozuldu əvvəlki səliqə,sahman.
Yenə də çəkirəm sənsiz ah-aman,
Bu sevgi ötəri sevgi deyilmiş.

Qəlbimdə cəmlənib dünyanın qəmi,
Sən kimə tapşırdın taleyi kəmi.
Inan,qurumayır gözümün nəmi,
Bu sevgi ötəri sevgi deyilmiş.

Kim deyir asandır qəlbi ovutmaq,
Qəmli xatirəni qəlbdə uyutmaq.
Çətindən çətindir səni unutmaq,
Bu sevgi ötəri sevgi deyilmiş.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu