Nə çoxmuş dost- qonaqları,
Pənbə imiş yanaqları.
Yarəb, sənin sınaqların
Yaşamıma fərman verdi.
Tutur səni yaman boğma,
Yada çevriləndə doğman.
Zaman adlı qoca loğman,
Ah, nə acı dərman verdi.
Neçə yol səcdəyə getdin,
Sonunda arzuna yetdin.
Tanrı dediyinim etdin,
Mükafata orman verdi.
Kayıt Tarihi : 28.3.2022 07:49:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!