Bir qəfil haraya qurban gedərlər,
Sağalmaz yaraya qurban gedərlər.
Aşiqlər qaraya qurban gedərlər,
Izn ver, gözünün ağından öpüm.
Ümidlər yenə də dil açıb deyən.
Həqiqət səsini zil açıb deyən.
Solunda qönçələr gül açıb deyən,
Işıqlı simanın sağından öpüm.
Sözümü aləmə yayıb gedərəm,
Vüsalı bəstəkar sayıb gedərəm.
Üzündən öpməyə ayıb edərəm,
Ağarmış telinin tağından öpüm.
12.02.2015
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 15:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!