Öpüm, gedirem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Öpüm, gedirem

Ayrılıq edibdir bir təhər məni,
Gizlicə boğur, bax, lal qəhər məni.
Bezdirib sonunda bu şəhər məni,
Izn ver, gözündən öpüm, gedirəm.

Həsrətin özüylə yollaşıb deyə,
Hicran vüsal ilə dalaşıb döyər.
Sənin taleyinə dolaşıb deyə,
Açacam bəxtimin ipin, gedirəm.

O üzdə yamyaşıl dünlərim qalıb,
O düzdə yanıqlı ünlərim qalıb.
Mənim də sanılı günlərim qalıb,
Bomboşdur yaşamın küpü, gedirəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu