Onda, ezizim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Onda, ezizim

Sən məni sevsəydin,sevsəydin nə qəm
Nə kədər olardı sonda,əzizim.
Sən məni sevsəydin dünyayla bahəm,
Olmazdım qapqara donda,əzizim.

Gələrdi ömrümün xoşbəxt baharı,
Ötməzdi həyatın sürət qatarı.
Qalmayıb vüsalın qəlbdə tutarı,
Həyatım qaranlıq fonda,əzizim.

Yenə dalğalanar mavi dənizim,
Artar tellərimdə artar dən izi.
Bir gün görüşümüz olsaydı bizim,
Neynərdik görəsən onda,əzizim.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 07:16:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu