Qızıldan ləl tac idim,
Qaş-daşlara ac idim.
Bir yaşıl ağac idim,
Alışıb kömür oldum.
Kökdən düşübdür sazım,
Qalmayıb işvə-nazım.
Ah, nədən alın yazım,
Yarımçıq ömür oldu.
Ay dərdi-qəmi atan,
Tez oyanıb gec yatan.
Qulaqlarıma çatan,
Səs oldu, səmir oldu.
Könlüm yaman atlandı,
Səmaya qanadlandı.
Sanırdım poladdandandı,
Paslanan dəmir oldu.
Göz yaşımı mən silim,
Bəmdən bəm oldu zilim.
Axırda son mənzilim,
Doğma Kürdəmir oldu.
Kayıt Tarihi : 8.1.2023 16:28:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!