Məndən tələb elə, sevgini istə,
Sevgindən olmuşam Məcnuntək xəstə.
Nə desəm, sevgilim, gözlərim üstə,
Ömrümün mənası sevirəm səni.
Səni düşünürəm mən hər gündüz-gecə, Xəyallar qururam səndən gizlicə.
Səbəbin soruşana bilki sadəcə,
Ömrümün mənası sevirəm səni.
Sevgimiz saf olsun, sevgimiz təmiz,
Sevgimiz bir ümman, sahibsiz dəniz.
Sevgimin sübutu cəmi bu dörd söz,
Ömrümün mənası sevirəm səni.
Sən dövlətim, sən varım, sənsən hər şeyim, İstəmərəm heç vaxt mən qəlbinə dəyim.
Mənə bir cavab ver qayıdım deyim,
Ömrümün mənası sevirəm səni.
Kayıt Tarihi : 10.6.2019 13:48:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!