Ürək bu acıya gətirərmi tab,
Dayanıb baxıram, etmirəm xitab.
Neçə şeir-qəzəl, neçə cild kitab,
Qalıb deyilməmiş sözü ömrümün.
Bu gecə mələklər göydən enibdir,
Deyəsən fələyin çərxi dönübdür.
Əziz dost, sanma ki artıq sönübdür,
Hələ alışacaq közü ömrümün.
Kədərlə anaraq daha nələri,
Sirli nağılları, əfsanələri.
Qəlbini titrədər xatirələri,
Arxada qalıbmış gözü ömrümün.
Insanın başında görümnəz tac var,
Deyirlər hər dərdə min bir əlac var.
Şeirə, qəzələ nə ehtiyac var,
Dillərdə dastandır özü ömrümün.
Kayıt Tarihi : 29.8.2021 08:15:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!