Ölürüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ölürüm

Başıma min filir.min xəyal dolub,
Dərd çəkməkdən saralıb rəngim,solub.
Əvəzimə söyüdlər saçın yolub,
Bu hala günahkar özüm,ölürəm.

Niyə heç işlərim gətirməyir düz,
Bircə dərdim artdı,artdı oldu yüz.
Dəli könül,bu dünyadan əlin üz,
Daha yanmayacaq közüm,ölürəm.

Mənim könül odam bağlı bir kitab,
Düşüb qəmə əsir,gedirəm yatab.
Inan.bu dərdlərə gətirmirəm tab.
Qalmayıb qəlbimdə dözüm,ölürəm.

Kimlərsə su qatdı isti aşıma.
Acı işlər nədən gəldi başıma.
Baxmazlar hey axan qanlı yaşıma,
Çətin ki quruyar gözüm.ölürəm.

Həsrət qaldım bir duaya,alqışa
Bahar ömrüm rast gəlibdir sərt qışa.
Bir gün ruhum dönərsə qaranquşa,
Qoyun rahat göydə süzüm,ölürəm.

Ayrılığa səbəb tutma Arazı,
Olardımı Araz həsrətə razı.
Bilirəm ki deyildir məndən narazı,
Dost yanında ağdır üzüm,ölürəm.

Dağdan axmaz daha şaqraq şəlaləm,
Gül üstündə donub qalıbdır jaləm.
Qaraya bürünüb qırmızı laləm,
Saralıbdır yaşıl düzüm,ölürəm.

Bu dünyamız qaralıdır,ağlıdır
Nədən belə sevən qəlbim dağlıdır.
Səadətə gedən yolum bağlıdır,
Düyünləri necə çözüm,ölürəm.

Yaşıl dağlarımı çən,duman aldı,
Əcəl öz yolunu bizlərdən saldı.
Deyərsiz Sevincdən bizə nə qaldı,
Qəlbdə yaşar söhbət-sözüm,ölürəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu