Ölümünə sevdiyim qadınlar vardı,
Ölümün nə olduğunu unutdurdular mənə.
Unutdurdular kədərimi,
Acılarla dolu keçmişimi unutdurdular.
Uçurumun astanasında,
Qoymadılar yıxılam.
Məni mən elədilər.
Parçalanmış bu məni,
Yığıb cəm elədilər.
Ömürlük nəvaziş bəxş edib mənə,
Yaşatdılar həyatı,
Xoşbəxtliyi yaşatdılar mənə.
Dərya qədər dərdimi,
Zərrəyə endirdilər.
Qan ağlayan qəlbimi,
Yenidən güldürdülər.
Ölümünə sevdiyim qadınlar vardı,
Ölümün nə olduğunu unutdurdular mənə.
Kayıt Tarihi : 2.2.2019 21:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!