Ölümüne darıxan qarı Şiiri - Hatire Vaqif

Hatire Vaqif
92

ŞİİR


6

TAKİPÇİ

Ölümüne darıxan qarı

Mə sum çöhrə sində fə lə yin fırçasıyla
Çə kilmiş rə smlə r...
Ürə yinin ə n də rin guşə sində
Tə k özünün eşidə bilə cə yi sarı simlə r
Sə ssiz –sə ssiz inlə yirdi...
Qarı hə yatını dinlə yirdi...
Gözlə rində alə mlə rdə n keçə n yolların yorğunluğu,
Saçlarında ömrünün ona də licə sinə vurğunluğu,
Bükülmüş boynunda özünə yer edə n xə calə t,
Çiyinlə rində yük götürdüyü sə falə t,
Hə r an ürə yini sıxırdı,
Qarı ölümünə darıxırdı...
Arıq cüssə sində Qulhüvə llahdan büründüyü libas,
Sübh namazında qurtum-qurtum içdiyi Fə lə q ə n Nas,
Üzünə ismə tində n çə kdiyi niqab,
Hə r çə kdiyi salavatda qazandığı savab
Onu addım-addım izlə yirdi...
Qarı sə brlə kimi isə gözlə yirdi...
Hə r ötə n də qiqə də ruhunu sıxan qə fə s,
Hə r sabah onu günə şdə n ə vvə l oyanmağa vadar edə n sə s,
Oturduğu soyuq daşdan aldığı isti nə fə s,
Ürə yində lal yalvarışlar,
Bə lkə kimsə yaxınlaşıb bugünkü ruzimi bağışlar—deyə
Qırılmayan ümidlə r
Tanımadığı bir alə mə yol gedirdi...
Qarı özündə itirdi...
Yanından laqeyd –laqeyd keçə n adamlardan umduğu iffə t,
Yerə dikilmiş baxışlarında sonu görünmə yə n mə rhə mə t,
Qə lbində Rə bbində n ə manə t,
Hə yatda tə k dayağı-ə lində ki çə lik,
Ovcunda bə rk-bə rk sıxdığı yeganə iyirmi qə pik...
Ayaqları ə sirdi...
Qarı mə nzilinə tə lə sirdi..........

İkinci hisse

Yetmiş yaşlı canında yeddi sevinc
Yetmiş də rdi ilə
Oturmuşdu ölümünün astanasında….
Günortanın istisində
Xatirə lə rin tüstüsündə
Gözlə ri acışırdı.
Ac ümidlə r tə knə sində n daşırdı…
Çarşabının altında gizlə tdiyi arzuları
Gözlə rində n boylanırdı qorxa-qorxa
Özündə n xə bə rsiz…
Quru nə fə s gə zdirə n ruh kimi
Dolaşırdı öz alə mində ..
Gözlə ri tanıtmaqdan bezmirdi onu dünyaya
Üsyan edə rə k..
Tutmuşdu qə minin ə lində n
Özündə n xə bə rsiz…
Lövhü-mə hfuzda taleyini izlə yə n mə lə k
ə mr gözlə yirdi onun adını silmə yə
qarı qorxurdu gülmə yə …
qırışmış yumşaq ə llə rində n ə llə rimə axan hə rarə t,
sözündə n,nə fə sində n ürə yimi titrə də n hikmə t,
çoxdan itirdiyi övladını tapmış ana hə srə ti
ə trafına günə ş işığı kimi yayılan
mə rhə mə tin ə zə mə ti
mə ni dünyadan alırdı…
dünya gözümdə qocalırdı
Özümdə n xə bə rsiz…………………



Xatirə Vaqif

Hatire Vaqif
Kayıt Tarihi : 15.6.2010 20:45:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Hatire Vaqif