Ümidin kəsili qaldı,
Uduzdun, basılı qaldın.
Havadan asılı qaldın,
Ay özülsüz məhəbbətim.
Gedişini şərh etmədin,
Həsrətini qəhr etmədin.
Ayrılığa səbr etmədin,
Ay dözümsüz məhəbbətim.
Dərdi oxla vuracaqsan,
Qəmə tələ quracaqsan.
Dünyayla tən duracaqsan,
Ay ölümsüz məhəbbətim.
Kayıt Tarihi : 29.6.2018 07:28:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!