Otum küləş olmadı,
Odum atəş olmadı.
Baxdım günəş olmadı,
Qaldım zülüm içində.
Yaşaran göz görərsən,
Hicrana döz, görərsən.
Bir azca köz görərsən,
Sönən külüm içində.
Dərddən bəniz solmaz ki,
Ürək qəmlə dolmaz ki...
Qara çiçək olmaz ki,
Bəyaz gülüm içində.
Nədir fikrin, niyyətin,
Bitməz ki şikayətin.
Başqadır hekayətim,
Neçə bölüm içində.
At üstündə çaparam,
Sözü göydə qaparam.
Yaşam tərzi taparam,
Vallah, ölüm içində.
Kayıt Tarihi : 1.8.2025 06:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!