Dərdin sənsizliyi var,
Qəmin mənsizliyi var.
Məzar səssizliyi var,
Içimdə ölüm dolaşır.
Qəlbə axın deyirlər,
Sözə baxın deyirlər.
Yola yaxın deyillər,
Içimlə çölüm dalaşır.
Ayrılmaram sirdaşımdan,
Siləmmərəm yaddaşımdan
Sel tək axan göz yaşımdan,
Içim də, çölüm də daşır.
14.02.2018
Kayıt Tarihi : 30.4.2018 07:57:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!