Ölüm dayanır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ölüm dayanır


Neçə ildir xəstəlikdən
Əzab çəkirdin, bacım.
Əllərinlə nəm torpağa,
Ümid əkirdin, bacım.

Neynəyək ki göyərmədi
Əkdiyin o toxumlar.
Sən demə bu xəstəliyin
Axırında ölüm var.

Ölüm adlı o zalımın
Bir damla insafı yox.
Soruşmadı bir halını,
Qədərin heç safı yox.

Cənnət adlı məmləkətə,
Güzarın düşüb artıq.
Ölüm dolar qana-ətə,
Dərdlə öpüşüb artıq.

Bir bax, kiritmək olmayır,
Bəyaz saçlı ananı.
Neçə ildə sənin kimi
Od-alova yananı
.
Boynubükük övladların,
Gözlərində qəm-kədər.
Demə xoşbəxtliyin sonu
Olacaq belə hədər.

Gözü dolub qardaşının,
Nalə çəkir bacılar.
Bir gör ömür sirdaşını,
Çəkilməzdir acılar.

Sənin vaxtsız gedişinə
Qohum-qardaş, dost yanır.
Bu dünyanın gərdişi nə,
Sonunda ölüm dayanır.

Bu, Tanrının yazısıdır,
Həkim daha neynəsin?
Allah versin o dünyanı,
Ruhunu şad eyləsin.
29.!2.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 30.4.2018 07:45:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu