Həsrət hicranla dolaşır,
Səadətlə hey dalaşır.
Göz yaşımdan dolub daşır,
Səhrada gölüm ağlayır.
Uğraşmıram bəyaz dənlə,
Gətirdiyi çiskin-çənlə.
Öc düşüblər artıq mənlə,
Içim və çölüm ağlayır.
Vüsal yeli cənnət qoxur,
Sevincdən, fərəhdən oxur.
Yaxına gəlməyə qorxur,
Uzaqda ölüm ağlayır.
Kayıt Tarihi : 10.12.2019 07:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!