Bu gün səhər,
Qarşıladı yenə məni
Ulu şəhər.
Nə səsi var, nə sədası.
Nə nöqtəsi, nə nidası.
Ölü şəhər.
Səsi gəlməz nə itinin, pişiyinin.
Kimsə çəkməz keşiyini
Xatırlar boz
Çölü şəhər.
Nə işə gedəni var,
Nə idman edəni var.
Maşınların səi-küyü,
Bürümür ki yeri-göyü.
Qismətini sükut ilə
Bölüb şəhər.
Sükut edir binalar.
Sakitliyin lal dilini
Ilahidən başqa axı, kim anlar...
Səkkizin yarısıdrı,
Heç quşlar da uçmayır.
Qar-qar edən qarğalar da
göydə qanad açmayır.
Heç Günəş də işığını
Əvvəlki tək saçmayır.
Hüzndədir bu şəhər,
Hüzurdadır bu səhər.
Iki günü yaşayarıq birtəhər...
Kayıt Tarihi : 8.6.2020 09:26:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!