Uzanı qalıb qolları,
Solub bənövşə kolları.
Görürsənmi o yolları,
Kəndimizə gedir birbaş.
Gözlə, vüsal sətri gəlir,
Başı üstdə çətri gəlir.
Burnuma ot ətri gəlir,
Külək əsir yavaş-yavaş.
Söküldü eşq tərsanəsi,
Büküldü eh, tərs xanəsi.
Ötənlərin təranəsi,
Haralarda qaldı qardaş.
Nə düşməni dost sanıram,
Nədə varlığın danıram.
Yadıma salıb anıram,
O günləri gözümdə yaş.
De, hardasan qədər yazan,
Sevinc sözün hədər yazan.
Bəxtimizə kədər yazan.
Ayrılıq olmayaydı kaş.
Kayıt Tarihi : 2.6.2020 07:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!