Dərdini qəmdən qoparsan,
Fərəhdən yel tək çaparsan.
Axtar gəz, bəlkə taparsan,
Özünü.Olmayan yerdə.
Xatirələri paslatma,
Qara qüssəni süslətmə.
Soyuq su ilə islatma,
Gözünü.Dolmayan yerdə.
Gözəl-göyçəyə bənzət gəl,
Mavi ləçəyə bənzət gəl.
Gülə-çiçəyə bənzət gəl,
Sözünü.Solmayan yerdə.
25.05.2018
Kayıt Tarihi : 4.6.2018 08:45:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!