Olmasam da. Şiiri - Tural Hasanli

Tural Hasanli
5

ŞİİR


0

TAKİPÇİ

Olmasam da.

Ölmək çox asandır, yaşamaq çətin,
Ya elə, ya belə yaşayıram mən.
Bir bilsən içimdə kimlərin dərdin,
Kimlərdən xəbərsiz daşıyıram mən.

Bürcüm də tərəzi bürcüdü axı,
Bir yanım qalxanda bir yanım enir.
Bu qədər dərdi ta çəkə bilmirəm,
Həyat istədiyim kilonu vermir.

Xətrimə dəyməyin, uşaq kimiyəm,
Gözümə yaş dolur, dodaq büzüşür.
Gözlərim o qədər sulu olub ki,
İnsanlar gözümdən sürüşüb düşür.

Boş ver-deyənləri boş verirəm mən,
Bu dünya ötüşər mən olmasam da.
Özünü o qədər dəyərli bilmə,
Bu dünya ötüşər sən olmasan da.
(Bu dünya ötüşər biz olmasaq da)

Tural Hasanli
Kayıt Tarihi : 11.9.2017 08:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Hikayesi:


Kendime özgün bir şiir...

Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Tural Hasanli