Olmadım ki kimsenin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Olmadım ki kimsenin

Bu qədərmi unutmusan sən məni,
Bu qədərmi unutqan oldun yəni?
Kim olmuş ki sevgimizə kim, qənim.
Səndən sonra olmadım ki kimsənin.

Dostum, yenə gətiribdir söz-sözü,
Yəqin bir gün alışdırar köz- közü.
Eh, burada görməyir ki göz-gözü,
Önümüzə kim səribdir kim, çəni.

Qoşa çaylar bir-birinə qarışmır,
Küsüşüblər.Taleləri barışmır.
Əvvəlki tək günəş ilə yarışmır,
Sarı saçda artırıbdır kim dəni...

Sevinc Arzulu
Kayıt Tarihi : 11.7.2020 15:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu