Nə tez çaldı fələk zəngi,
Başlayıbdı mənlə cəngi.
Ayrılığın qara rəngi,
Boyaq olmadı, olmadı.
Əzbərimdir zərbi-misal,
Gül bitirməz qızıl qumsal.
Hicranında şirin vüsal,
Dayaq olmadı, olmadı.
Çaymayıbmı danın vaxtı,
Çox ucamı günün taxtı?
Əzizimin qismət-baxtı,
Oyaq olmadı, olmadı.
Eh, nədir həyatdan baha,
Fələk baxmaz nalə-aha.
Istərdim həsrətdən daha,
Doyaq.Olmadı, olmadı.
Boş qalıbdır qurulu post,
Şəninə söylənilmir tost.
Zəmanəni bizlərə dost,
Sayaq.Olmadı, olmadı.
Kayıt Tarihi : 30.10.2019 10:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!