Ölesiyem men Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ölesiyem men

Ayrılıq könlümü tarimar edir,
Məni öz içimdə zəlil, xar edir.
Həsrətin hələ də istismar edir,
Sanır ki əbədi köləsiyəm mən.

Ahıma olubdur hamı kar, axı
Odumun üstünə yağmır qar axı.
Mənim səndən başqa kimim var axı,
Dərdimi səninlə böləsiyəm mən.

Yaxşını ayırma, Yarəbbim, mərddən,
Uzaq et könlümü alçaq namərddən.
Elə bu əzabdan, elə bu dərddən,
Günlərin birində öləsiyəm mən.
14.05.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2018 16:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu