Ölen üreyim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ölen üreyim

Dünyaya gəlişim sevinc gətirdi,
Dərdini özüylə bölən ürəyim.
Sevdanı tez tapdın, tez də itirdin,
Onunla birlikdə ölən ürəyim.

Ilk məhəbbət yaddan çıxmaz heç zaman,
Başıma gəlibdir qəlbimə daman.
Ayrılıq olubdur daimi mehman,
Sünbül tək saralıb solan ürəyim.

Dönüb keçmişinə bax həzin-həzin,
Şimşək ol səmada çax həzin-həzin.
Nəğmə tək könlümə ax həziz-həzin,
Bulud tək boşalıb dolan ürəyim.

Acı xatirələr düşər yadıma,
Kimsə çata bilməz o an dadıma.
Əskiklik gətirməz heç vaxt adıma,
Qəmlərə nişangah olan ürəyim.

Işin yoxdur sənin yalan-palanla,
Dost olmazsan elə lərzə salanla.
Gedəndən əlini üz sən.qalanla,
Söyüdün telini yolan ürəyim.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2023 08:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!