Hər sözümüz bir idi,
Kimsə bilməz sirr idi.
Gülüm, nə tez kiridin,
Göz yaşın silən kimi.
Nədir sənin bu halın,
Yatıb qalıb xəyalın.
Dinləyirsən sualı,
Cavabın bilən kimi.
Saçlarıma düşüb dən,
Demək qocalıram mən.
Rahatlanarsanmı sən,
Dünyanı bölən kimi.
Sübhün gözü oyandı,
Işıqdanmı doyandı.
Dünya nura boyandı,
Masmavi şölən kimi.
Atəş, oddan çıxaram.
Gizlin koddan çıxaram.
Görən yaddan çıxaram,
Yıxılıb ölən kimi.
Kayıt Tarihi : 26.5.2022 08:06:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!